Modern.az

Azərbaycan icması evində poeziya gecəsi...- Fotolar

 Azərbaycan icması evində poeziya gecəsi...- Fotolar

Təhsil

24 Aprel 2016, 01:02

 

Moskvadakı Azərbaycan İcması Evində “Söz buketi, nəqmə çələngi ” başlığı altında Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə  ədəbi-bədii gecə keçirilib. Ümumrusiya Azərbaycanları konqresindən verilən məlumata görə tədbirdə Moskvada yaşayıb-yaradan şairlər, ziyalılar, cəmiyyət rəhbərləri, rus - azərbaycan ədəbi ictimaiyyətinin bir sıra tanınmış simaları, diaspora nümayəndələri iştirak ediblər. Modern.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin müşaviri Nəsib Nəbioğlu  qonaqları salamladıqdan sonra Azərbaycan poeziyasından, Azərbaycanın  milli söz sərvətindən, xalğımızın misilsiz söz sənətindən, Azərbaycan  poeziyasının  özünəməxsusluğundan  söz  açıb.

Nəsib Nəbioğlu vurğulayıb ki, - Dünya yaranandan bəri insanlığın həmişə yaxşı sözə, bədii sənətə, şeirə ehtiyacı olub. Əsl azərbaycan şairləri əsrlərdən bəri bədii sözə, poeziyaya  məsuliyyətlə yanaşıb, şairlərimiz üzərlərinə düşən missiyanı həmişə layəqətlə yerinə yetiriblər. Azərbaycan poeziyası bütün dövrlərdə insanlarımızın maariflənməsinə, mədəniyyətimizin inkişafına, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına xidmət edib. Əbəs yerə xalğımıza şair xalq deməyiblər.

ÜAK- nin  əməkdaşı, tarix elmləri doktoru, Beynəlxalq yazıçılar və publisistlər assosiyasının üzvü Əşrəf Hüseynli çıxışında qeyd etdi ki, sənət adamlarının, xüsusilə şairlərin, ədiblərin bir araya toplanması, ədəbi məclislər təşkil etməsi bu günümüz üçün cox vacib məsələlərdən biridir. Görüb-götürmək, bir-birindən öyrənmək, fikir birliyinə nail olmaq baxımından bu məclislərin çox böyük əhəmiyyəti var. Ədəbi məclisə o adamlar maraq göstərir  ki, onların dünyagörüşü, yaradıcılıq istiqaməti, bədii zövqü bir-birinə yaxın olur.

Tədbirdə  Moskvada yaçayan şairlər - Sultan Mərzili, Əliş Əvəz,Yavər Həsən, Mirabbas Ağdabanlı, Səidə Rəhimli, Yaşar Süleymanlı müxtəlif mövzularda, ən başlıcası isə vətənpərvərlik mövzusunda öz yazdıqları şeirləri səsləndirdilər.

Rus şairi, tərcüməçi Sergey Karatov müasir azərbaycan poeziyasından etdiyi tərcümələrdən nümunələr oxuyub. Tədbirdə  tanınmış diplomat Ramiz Abutalıbov, tarixçi Eldar Abbasov, tanınmış hüquqşünas Alışan Zakirov, AYB üzvü Rafiq Qafarov, tanınmış rəssam Qüdrət Qurbanov, tanınmış ziyalı Əli Rzayev, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov  tədbirdə iştirak etməklə yanaşı, Moskva şəhərində olan poetik mühit haqqında öz fikirlərini bildiriblər.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin beynəlxalq ədəbi mühitdə, əsasən Moskvada tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılmasını nəzərdə tutur. Azərbaycan mədəniyyətinin və Azərbaycan poeziyasının təbliği, həm  klassik, həm də  müasir ədəbiyyatımızın Moskvada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətli olan  bir layihədir. Bu istiqaməttdə aparılan işlər gələcəkdə daha da yüksək səviyyədə gündəmə gətiriləcəkdir. Tədbirin sonunda iştirakçılar tərəfindən ürək ağrısı ilə qarşılanan mərhum xalq artisti Mikayıl Mirzənin ifasında mərhum  şair Miryusif Mirnəsiroğlunun “ Vətən Balladasi” və  “İTTİHAM poeması” adlı videoçarx nümayiş etdirilib. 


Modern.az

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı