Modern.az

“Xalq bank”ın yaxınlığında partlayış - Xeyli maşın sıradan çıxdı - FOTO

“Xalq bank”ın yaxınlığında partlayış - Xeyli maşın sıradan çıxdı - FOTO

Təhsil

24 Aprel 2016, 14:06

Aprelin 24-də səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında -  “Xalq bank”ın baş ofisinin yaxınlığında partlayış olub.

Yasamal rayon Polis İdarəsindən ANS-ə bildiriblər ki, partlayış avtomobil qarajlarından birində baş verib. Xəsarət alan yoxdur. Ancaq yaxınlıqdakı digər qarajlara və ərazidəki bəzi avtomobillərə ciddi ziyan dəyib.

Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir.

Hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerindəaraşdırma aparılır.
Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı