Modern.az

Kişinyovda 14 polis əməkdaşı ağır yaralanıb

 Kişinyovda 14 polis əməkdaşı ağır yaralanıb

Təhsil

24 Aprel 2016, 22:26

 

Moldovanın paytaxtı Kişinyovda baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı ağır yaralanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Moldova polisinin nümayəndəsi Tamara Prokopiy bildirib.  “14 polis əməkdaşı zərər çəkib. Ağır bədən xəsarətləri alan 4 asayiş keşikçisi DİN hospitalına yerləşdiriliblər”, deyə T.Prokopiya qeyd edib.

Qarşıdurma etirazçıların  hakim Demokratik partiyasının sədr müavini Vladimir Plaxotnyukun evi qarşısında aksiya keçirməyə cəhd etdikləri zaman baş verib.

Aksiyaçılar növbədənkənar seçki və Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediiblər.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı