Modern.az

Bakıda avtobus minik maşını ilə toqquşdu, polis əməkdaşı öldü

Bakıda avtobus minik maşını ilə toqquşdu, polis əməkdaşı öldü

Təhsil

25 Aprel 2016, 10:14

Bakıda sərnişin avtobusu qəza törədib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs polis əməkdaşıdır, o, minik avtomobilində olub. Ölən şəxs mühafizə polisində çalışırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı