
“Atamın evini yaranların tapılması ilə bağlı hələ ki, heç bir yenilik yoxdur. Evi oğurlayanlar hələ də tapılmayıb”.
Bu barədə Modern.az saytına açıqlamasında Tərtərin sabiq icra başçısı, mərhum Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə məlumat verib.O bildirib ki, oğruların tapılması istiqamətində işlər gedir.
“Əməliyyat axtarış tədbirləri davam etdirilir. İnanıram ki, bu işi görənlər tez bir zamanda tapılacaq, layiqli cəzalarını alacaqlar”.
Qeyd edək ki, Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Sərdar Həmidovun Tərtərdəki evi bu il mart ayının 10-da qarət olunub. Hadisədən sonra Ş.Məcidzadə rayonun polis rəisinin qəbulunda olub.
Sərdar Həmidov bu il fevral ayının 28-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ağa AKİFOĞLU