Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli və bu ətrafdakı bir neçə kənd sakinlərinin qış günlərində üzləşdiyi problem barədə bir neçə dəfə məlumat verilib. Bununla bağlı müxtəlif dövlət qurumlarının münasibətini də öyrənmişdik. Məsələ ondadır ki, bu kəndlər dağlıq ərazidə yerləşdiyi üçün qış fəsli bu yaşayış məntəqələrində çox sərt keçir. Ona görə də insanlar qışda qızınmaq üçün oduncaqdan istifadə etmək məcburiyyətində qalırlar. Bu kəndlərdə daha çox Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.
Qəribəsi odur ki, illərdir ətraf kəndlərə gedən qaz xətti Qaraçinar kəndinin keçsə də bu kəndə qaz verilmir.
Ötən ilin sonlarında “Azəriqaz” İstehsalat Birliyindən verilən açıqlamada bildirilmişdi ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun Goranboy rayonun Qaraçinar kəndinin qazlaşdırılması layihəsi çərçivəsində Meşəli və Yenikənd kəndlərində də işlər yekunlaşmaq üzrədir. 2016-cı ilin əvvəlində qeyd olunan kəndlərə mavi qaz veriləcək.
Hazırda Səmədabad, Qaramusalı, Sarab, Kələki, Yolpaq, Goranlı, Xınnalı, Əhmədabad, Şıxlar və digər kəndlərdə də tikinti-quraşdırma işləri aparılır”. Növbəti ilin əvvəli geridə qalsa da, kəndə mavi yanacaq verilmədi...
Deyəcəksiz, artıq soyuqlar geridə qaldı, yay gəlir, qazsız da keçinmək olar...
Məsələ bursadındadır ki, bu qışı böyük çətinliklə yola verən qaçqın kəndlilər, yay gəlməmiş növbəti qışın sazağını hiss etməyə başlayıblar...
Modern.az