Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

25 Aprel 2016, 12:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb. Departamentdən Modern.az-a verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Aprelin 26-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı