Modern.az

Rus jurnalistin Qarabağ təəssüratı: “Orduda xidmət etməmək üçün rüşvət növü var”

Rus jurnalistin Qarabağ təəssüratı: “Orduda xidmət etməmək üçün rüşvət növü var”

Təhsil

25 Aprel 2016, 15:09


Rusiyanın tanınmış “İnsider” dərgisinin əməkdaşı Aleksandr Litor Dağlıq Qarabağda aprelin əvvəllərində baş vermiş “4 günlkü müharibə” haqda öz düşüncələrini bölüşüb.
Modern.az saytı rus jurnalistin Qarabağ səfəri ilə bağlı yazdığı “Qarabağ bizimdir” adlı məqaləsini qısa ixtisarla təqdim edir.

“Aprelin əvvəllərində başlayan müharibənin səbəbi tam məlum deyil, bütün mənbələr rəsmi informasiyanı yayır. Həm Ermənstan, həm də Azərbaycan qələbəni bayram edir. Onlar düşmənə güc göstərdiklərini düşünürlər. Azərbaycan və Ermənistan kimin qalib gəldiyi barədə mübahisə edir, lakin anlamaq lazımdır ki, həlak olanlar əsasən kasıb ailələrdən – pulu, yaxud ordudan yayınmaq üçün tanışı olmayan insanlardan ibarət idi.

İndi paradoksal situasiya yaranıb: bir tərəfdən çoxları cəbhəyə gedərək, ölməyə hazırdırsa, digər tərəfdən isə ordudan yayınmaq üçün tələb olunan rüşvətin məbləği də kəskin artıb. Bunlar eyni insanlar da ola bilərlər: yəni cəbhəyə gedərək döyüşməyə hazırdılar, lakin paralel olaraq mənzillərini satışa qoyub, 15 min dollar rüşvət verməklə ordudan yayına da bilərlər.

Cəbhə və ölüm həqiqi hərbi xidmətdən daha uyğun, ədalətli və komfortlu olub.

Heç kəsə sirr deyil ki, “Qarabağ ordusu” Ermənistan vətəndaşlarından təşkil olunub. Ermənistan ordusuna çağırılan əsgərlər “Qarabağ ordusu”na da düşə bilərlər. Hesab olunur ki, Qarabağda ermənilərin ən döyüş qabiliyyətli hərbi hissələri yerləşir.

Qarabağda hərbi xidmətə insanları əsasən hər hansı cəzaya görə göndərsələr də, münaqişənin gərginləşdiyi məqamda ora könüllü yollananların da sayı az deyil. Ermənistanda Qarabağa hərbi xidmətə göndərilməmək üçün verilən ayrıca rüşvət növü də var.

Erməni ordusunda xidmət rahat və narahat olmaqla 2 fərqli yerə ayrılır. Əgər sənin hər hansı vərdişlərin, tanışların və pulun varsa, onda qərargahda kompüter arxasında otura bilərsən. Qarabağda xidmət təhlükəli olsa da, ən pis variant deyil.

Ordunun qidalanması ilə bağlı hər şey ideal deyil. Cəza tədbiri olaraq, əsgəri ayaqyolunu təmizləməyə, varlı şəxslərin villalarının tikintisinə, özəl biznes üçün işlərə və s. cəlb edə bilərlər. Əsgərlər təhkimli vəziyyətdədir. Orduda həbsxanalarda olduğu kimi, hərbi hissənin, yaxud alayın avtoritet nəzarətçisi olur. Azərbaycan ordusunda da oxşar problemlər var.

Ermənistandakı vətənpərvərlik dalğası prezident administrasiyasının tam nəzarəti altındakı telekanallar vasitəsilə saxlanılır. İnternet mediada bu dalğa tədricən zəifləyir və tənqidlə əvəzlənir, lakin militarist elementlər qalır. Hakimiyyət Qarabağda müasir silahların yerləşdirilməsi üçün ayırlan pulları “yeməkdə” ittiham olunur. Generalların və nazirlərin sarayları hesaba alınır və bu əmlakın yerinə nə qədər tank, nə qədər mərmi, yaxud pilotuz təyyarə alına biləcəyi təsəvvür edilir.

Ermənistanda indiki hakimiyyətin devrilməsi çətin baş versin, lakin əgər bu baş verərsə, yeni hakimiyyət sosial xərcləri azaldaraq, hərbi xərcləri artırmaq üçün “kozır” əldə edə bilər. Bugünkü Ermənistan hakimiyyəti siyasi məhbusları olmayan, söz azadlığı reytinqində yüksək yer tutmaq istəyən demokratik rejim kimi görünməyə çalışsa da, yeni hakimiyyət bununla kifayətlənməyəcək.

Bəzən müxalifətin təklif etdiyi məsələlərin reallaşacağı barədə düşünəndə insanı üşütmə tutur. Yaxınlarda liberal görüşləri ilə tanınan deputatlardan biri nüvə silahı yaradaraq, onu Bakıya atmağı təklif etmişdi. Daha bir müzakirə olunan məsələ, hücuma keçərək Azərbaycanın hansısa şəhərini ələ keçirməkdən ibarətdir. Mediada müharibə əleyhinə olan hər hansı təşkilatın təmsil olunmasından isə danışmağa dəyməz. Yerevanda müntəzəm olaraq Rusiya əleyhinə mitinqlər baş tutur. Rusiyanın regiondakı menaqişələrdən spekulasiya üçün istifadə etməsi ideyası populyar olur.

Qarabağ münaqişəsində kiminsə kimisə məğlub etməsi kimi kateqoriyalarla mühakimə aparmaq lazım deyil. Artıq 209 ildən artıqdır ki, Ermənistan guya qalib, Azərbaycan isə məğlub tərəfdir. Lakin kim və harada qalib gəlir? Nə üçün Azərbaycandan qaçqın düşən yüz minlərlə erməni qalib gəldiklərini düşünür? Nə üçün Qarabağdan qovulan  yüzminlərlə azərbaycanlı isə müharibədə qalib gəldiklərini düşünməlidir? Nə üçün doğma Bakını, yaxud doğma Yerevanı itirmiş insanlar “bizim Qarabağ”, yaxud “bizim olmayan Qarabağ” kateqoriyaları ilə düşünməlidir? Onlar öz evlərini itiriblər, amma ola bilsin, onlar həmin evi heç zaman görməyəcəklər.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı