
Hər iki ayağından amputasiya olunan xalq şairi Söhrab Tahir evə buraxılıb.
Bu barədə xalq şairinin oğlu Tahir Tahiri Modern.az saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Söhrab Tahir Neftçilər xəstəxanasında əməliyyat olunub. Əməliyyat uğurla keçib və şair evə buraxılıb.
Bununla belə, o, atasının vəziyyətinin yaxşı olmadığını deyib.
Tahir Tahiri bildirib ki, bunun səbəbi şairin 3 dəfə infarkt keçirməsi, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və yaşının çoxluğudur.
Qafar Ağayev