
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri, nəhayət, reallaşıb. Modern.az saytı xəbər verir ki, Türkiyə prezidenti bu gün Azərbaycana işgüzar səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
R.T.Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Türkiyə prezidentinin bu il Azərbaycana planlaşdırılan iki səfəri qardaş ölkədə törədilən terror aktları səbəbindən təxirə salınmışdı.


Modern.az