Modern.az

Qorbaçov SSRİ-nin dağılmasına görə öz məsuliyyətini etiraf edib

 Qorbaçov SSRİ-nin dağılmasına görə öz məsuliyyətini etiraf edib

Təhsil

25 Aprel 2016, 21:24

 

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Sovet İttifaqının çökməsinə görə öz məsuliyyətini hiss edir. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, onun sözlərinə görə,  ətrafına kifayət qədər müqavimət göstərə bilməyib.

Moskvadakı iqtisadi məktəbin tələbələrinin iştirakı ilə keçirilən kitabının prezantasiyasında suallara vacab verən Qorbaçovun sözlərinə görə, o iki, yaxud üç dəfə rəhbərlik etdiyi ittifaq müqaviləsinin işlənilməsi üzrə komissiyanın iclasını tərk edib: “Çıxdım, ancaq bir qədər sonra ya Yeltsin kiminləsə, yaxud başqası gəlirdilər”.

O, inandırmağa çalışıb ki, birliyi əvəzləmək, yaxud hansısa dumanlı qarışıqlığa sürükləməyin əleyhinə olub və dövləti saxlamağın lazım olduğunu deyib.

“Hesab edirəm ki, buna görə məsuliyyət daşıyıram – məni heç kəs işdən çıxarmayıb, özüm getmişəm, mən onlarla bacara bilmədim”, - Qorbaçov vurğulayıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı