Modern.az

“Böyüməyən uşaqlar” kitabının yeni nəşrinin təqdimatı oldu - fotolar

 “Böyüməyən uşaqlar” kitabının yeni nəşrinin təqdimatı oldu - fotolar

Təhsil

25 Aprel 2016, 21:57

 

Dünya Azərbaycanlıları Dərnəyi  və Azərbaycan Qardaşlıq və İşbirliyi dərnəyi  dünən  “Kral Cıplak! Ermenini Tanı! Ermenilerin Türklere Bakış acısı’’ adlı konfrans keçirib. Modern.az saytı xəbər verir ki, konfransda çıxış edən Türk Erməni əlaqələrini araşdırması ilə məşğül olan Şakir Genc  bildirib ki, bu məsələni araşdırmaq üçün Ermənistana gedib.

O, Ermənistanda qarşılaşdığı çətinliklərdən danışıb. Alim bildirib ki, Ermənistanda olarkən ona başqa ölkələrdən olan tarixçilərdən fərqli münasibət göstərilib. Ona heç bir çəkiliş aparmağa icazə verilmədiyini bildirən Şakir Genc bütün dünyanın gözü qarşısında kamerasını əlindən alınaraq qırdıqlarını xatırladıb. Şakir Genc bu barədə 11 ölkənin dövlət başcısına müraciət ünvanladığını, ona qarşı haqsızlıq edildiyini vurğulayıb.

Daha sonra alim Ermənistan hüquq-mühafizə orqanlarında qarşılaşdığı haqsızlıqlardan danışıb: “Mən Ermənistana özbaşıma getməmişdim. 11 ölkənin dövlət başçısının imzaladığı sənəd əsasında bu ölkədə idim. Ermənistan həmin ölkələri də nəzərə almayaraq bizə qarşı heç bir əsas gətirmədən təzyiq etdi. Hətta polis idarəsində saxlanıldığımız dönəmdə bir bardaq su belə vermədilər. Sərhəddən çıxarılırkən məcbur qalıb qeydiyyat aparan sərhədçinin qarşısındakı suyu almaq zorunda qaldıq”.

Türkiyənin dəfələrlə arxivlərini hər kəsə açmaq istədiyinə rəğmən ermənilərin arxivlərini açmadığını bildirən Şakir Genc dünyamın da erməni yalanlarından xəbərdar olduğunu vurğuladı.

Türkiyənin heç zaman erməni soyqırımı etmədiyini bildirən alim dünyanın da bu məlumatın doğruluğuna əmin olduğunu qeyd etdi.

Konfransın sonunda Azərbaycanın tanınmış yazarı Elşad Eyvazlının Xocalıda ata və anasını itirən 25 uşağın hekayəsin özündə əks etdirən ‘’Böyüməyən Uşaqlar’’ kitabının Türkiyə türkcəsindəkı nəşrinin təqdimatı keçirildi. Kitab haqqında ətraflı məlumat verən Cavid Əliyev yazarın cox önəmli məsələyə toxunduğunu, tarixin heç bir təhrif olunmadan bu böyüməyən körpələrin dili ilə kitabda əks etdirildiyini qeyd etdi.

Sonra o, may ayında Elşad Eyvazllı ilə oxucuların İzmirdə görüşünün olacağını xatırladarak, bu məsələni yazarın daha geniş kütlə ilə bölüşəcəyini bildirdi.

Qeyd edək ki, həmin gün İzmirdə  yaşayan soydaşlarımız Azərbaycanda və Türkiyədə şəhid olan əsgərlərimizin  xatirəsinə ehsan verdi.


Modern.az

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı