Modern.az

Kerri prezidentlərlə Qarabağ münaqişəsini müzakirə edib

 Kerri  prezidentlərlə Qarabağ münaqişəsini   müzakirə edib

Təhsil

25 Aprel 2016, 22:59

 

ABŞ-ın dövlət katibi Con Kerri bazar ertəsi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan ilə telefonla söhbəti edib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

Modern.az saytı  xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

"Onlar söhbət zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsində barışığa ciddi riayət etməsini və hərtərəfli nizamlanma üzrə danışıqlara başlamağı müzakirə ediblər", — deyə o bildirib.

Onun sözlərinə görə, Kerri iki ölkə lideri ilə, həmçinin ikitərəfli münasibətləri müzakirə edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı