Modern.az

Ermənistan Qarabağa könüllü döyüşçüləri göndərməyə hazırlaşır

Ermənistan Qarabağa könüllü döyüşçüləri göndərməyə hazırlaşır

26 Aprel 2016, 18:55

Son vaxtlar Qarabağ cəbhəsində Azərbaycan Ordusundan ciddi zərbələr alan Ermənistanda həyəcanlıdırlar. Yerevanda dövlət rəsmilərinin səsləndiriyi təkliflər, eyni zamanda işğalçı ordunun təmas xəttindəki təxribatları Azərbaycanı növbəti cavab əməliyytına başlamağa təhrik edir.
Ermənistanın Qarabağda yerləşdirdiyi işğalçı ordunun sıralarında ölüm-itim hallarının artması ölkə parlamentində də təşvişə səbəb olub. Düşmən muzdlu könüllü və döyüşçülərlə bu boşluğu doldurmağa çalışır.

Modern.az saytının məlumatına görə, Ermənistan parlamentinin deputatı Edmon Marukyan təcili olaraq Qarabağda vuruşmaq üçün könüllü döyüşçülərə dair müvafiq qanun hazırlanmasını və onlara çoxsaylı güzəştlər verilməsini istəyib.

Ermənistan mətbuatının yazdığına görə, deputat bildirib ki, Qarabağa yollanacaq könüllülərin iş yerləri saxlanılmalı, onlar müvəqqəti olaraq əvəz olunmalı, aldıqları əməkhaqları kəsilməməlidir.

E.Marukyan bildirib ki, könüllülərin həyatı sığortalanmalı, onların kreditləri dövlət tərəfindən qapadılmalıdır. O, bu güzəştlərin həm də bütün hərbçilərə şamil olunmasını təklif edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...