Hindistanın şərqində, Qudcarat əyalətində siam əkizləri doğulub.
Modern.az “The Daily Mail”ə istinadən bildirir ki, siam əkizlərinin bədənləri ayrı olsa da, onların bir başları və bir sifətləri olub. Qəzetin məlumatına əsasən körpələr doğulduqdan sonra 6 dəqiqə yaşayıblar.
Həkimin sözlərinə görə, bu cür anomaliyalar hamiləliyin ilk trimestrində bəlli olsa da, ana hamiləliyin 7-ci ayında ilk dəfə UZİ müayinəsinə gəlib.
Həkimlər bu hadisəyə hazır olublar və valideynlərə xəbardarlıq ediblər ki, uşaqların başlarını sonrakı müddətdə ayırmaq mümkün olmayacaq.
Siam əkizləri- embrionların tam ayrılmaması nəticəsində yaranır. Demək olar ki bədənin, və ya daxili orqanların bir olması ilə doğulurlar.
Siam əkizlərinin, yarısı ölü doğulurlar.
Modern.az