“Dünən cəbhədə baş verən atışmada Azərbaycan ordusu itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır”.
Bunu Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O, qeyd edib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı da saxtadır: “Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur”.V.Dərgahlı hazırda cəbhə xəttində vəziyyətin stabil olduğunu bildirib: “Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir”.
Gülşən RAUFQIZI