Modern.az

Rus Milli Qəhrəmanının cəsədi İŞİD-dən geri alındı

Rus Milli Qəhrəmanının cəsədi İŞİD-dən geri alındı

Təhsil

28 Aprel 2016, 10:32

Suriya kürdləri Palmira şəhəri ətrafında gedən döyüşlərdə həlak olan baş leytenant Aleksandr Proxorenkonunu cəsədini Rusiya nümayəndələrinə təhvil veriblər.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kürd dəstələrinin rəsmisi Kidur Xalil cəsədin İŞİD-lə aparılan danışıqlardan sonra geri alındığını deyib.

“Rusiya hökumətinin xahişi ilə Palmira ətrafında ölən rus zabitinin cəsədini İŞİD-lə aparılan danışıqlardan sonra geri ala bildik”.

25 yaşlı Aleksandr Proxorenko martın 24-də Suriya ordusu ilə İŞİD arasında Palmira şəhəri uğrunda gedən döyüş zamanı həlak olmuşdu. Ölümündən sonra ona Rusiya Milli Qəhrəmanı adı verilib.


Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...