Modern.az

Ağdamdakı yaralılardan 4-ü evə buraxılıb, 3-ü xəstəxanadadır

Ağdamdakı yaralılardan 4-ü evə buraxılıb, 3-ü xəstəxanadadır

Təhsil

28 Aprel 2016, 13:22

“Gecə saatlarından başlayaraq ermənilərin güclü bombardmanı nəticəsində yaralanan mülkü şəxslərdən 4-ü artıq evə buraxılıb”. Bu barədə Modern.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

“Onun da vəziyyəti orta-ağırdır. Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılara yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilib. Qan Bankı tərəfindən Xəstəxana qanla təmin edilib. Tibbi işçiləri yaralıların xəstəxanaya hansı saatda gətirilməsindən asılı olmayaraq, istənilən vaxt onlara tibbi yardım göstərməyə hazır vəziyyətdədirlər".

Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşi  nəticəsində Ağdam rayonunun 1 sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...