Modern.az

"Ali məktəblərdə maliyyələşdirmə mexanizminə yenidən baxılmalıdır"

"Ali məktəblərdə maliyyələşdirmə mexanizminə yenidən baxılmalıdır"

Təhsil

29 Aprel 2016, 12:21

"Ali məktəblərdə maliyyələşdirmə mexanizminə yenidən baxmaq vaxtı çatıb. Elmi tədqiqat işlərinin aparılması üçün ayrıca maliyyələşdirmə imkanları olmalıdır. Burada əsas məqsəd tələbələrin sayının artırılması deyil, təhsilin keyfiyyətinin artırılmasıdır".

Trend-in məlumatına görə, bunu Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Azərbaycanın ali məktəblərində adambaşına maliyyələşdirmə mexanizminə artıq keçildiyini deyən M.Cabbarov qeyd edib ki, bu gün təhsil müəssisələrində tələbələrin sayına və keyfiyyətin artırılmasına üstünlük verilir: "Amma elmi fəaliyyətin dəstəklənməsinə yönəlmiş mexanizmlərdən məhkumuq. Alimlərin elmi tədqiqat işlərinin maliyyələşdirilməsi üçün onların ayrı imkanlara da malik olması vacibdir".

Nazir qeyd edib ki, son illərdə təhsil müəssisələtində kitabxanaların yenidənqurulmasına, xüsusilə elektron kitabxanaların yaradılmasına, tələbələrin elmi tədqiqatlara cəlb edilməsinə diqqət artırılıb: "Ali məktəblərin nəzdində texnoparkların yaradılması işlərinə başlanılıb. Düşünürəm ki, bu işləri genişləndirməliyik".


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı