Modern.az

Milli Məclisdə Sarkisyan “topa tutuldu”

Milli Məclisdə Sarkisyan “topa tutuldu”

Təhsil

29 Aprel 2016, 12:32

Milli Məclisin iclası davam edir. Modern.az xəbər verir ki, deputat Fərəc Quliyev Azərbaycanın Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıları bağrına basıb saxladığını vurğulayıb.

“Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqlarını qorumağa hazırdır. Razıyam ki, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram”.

Deputat Fəzail Ağamalı son 3 gündə cəbhə xəttində baş verən hadisələrə toxunub. O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir.

“Amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə atəş aşır. Onun bu addımı həmin rejimin tam mahiyyətini ortaya qoyur.

Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalı, ultimatum verməli və əməl edilməsə son sözünü deməlidir. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.

Deputat Aydın Mirzəzadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan dünən Azərbaycanla sülh danışıqlara getmək üçün şərtlərini açıqlayıb.

“Bu onun səfeh bəyanatıdır. İşğal edən ölkə özünün təhlükəsizliyini istəyir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar göstərir ki, onlar ciddi böhran içərisindədirlər”.

Aytən ZƏHRA  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı