Modern.az

Spiker deputatın fikirlərinə şübhə ilə YANAŞDI

Spiker deputatın  fikirlərinə şübhə ilə YANAŞDI

Təhsil

29 Aprel 2016, 12:42

“Ordumuzun uğurlu əməliyyatlarında ən çox diqqətə çatan məsələlərdən biri bu oldu ki, bu müddətdə bir fərari belə olmadı. Qeyri-rəsmi məlumatları da aldım və öz bildiklərimə əsasən bunu deyirəm”.

Modern.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib.   O qeyd edib ki, 90-cı illərdəki Qarabağ müharibəsi zamanı fərarilik barədə 5-10 mindən çox cinayət işləri və axtarışları ilə məşğul olunurdu.  

“Bu insanların orduya olan inamının bariz nümunəsidir.

Bu günlərdə bir çox ölkələrdə təhsillə bağlı məsələləri araşdıranda məlum oldu ki, Türkiyə və ya başqa ölkələrdə azərbaycanlılar təhsil alır.

Türkiyənin bir universitetində 300 azərbaycanlı oxuyur, onların 200-ü isə heç 1-ci kursu keçmir. Məsələni öyrəndik ki, burada pulu ödəməklə 10 il kurs keçməmək mümkündür. Bu ordudan yayınmaq üçün bir addımdır.  

Buna diqqət edilməlidir. Universitetlərimiz təhsil yox, diplom verirlər. Universitetlərə qəbulu asanlaşdırmaq lazımdır ki, bu pul ölkəyə qalsın. İllərlə ölkədə qalsınlar və ordudan yayınmasınlar. Valideynlər də buna şərait yaradırlar və kimsə də soruşmur ki, niyə vətənində xidmət etmirən. Bu fərariliyin aradan qaldırılması, ordumuz üçün vacib, diqqətdə saxlanacaq məsələdir”.  

Milli Məclis sədri  Oqtay Əsədov deputatın fikirlərinin həqiqətə uyğun olmasına şübhə ilə yanaşıb.  

“Tələbələrdən danışdınız, bilmədim nə qədər həqiqətə uyğundur. Amma aprelin 2-dən 5-nə qədər dünyada oxuyan Azərbaycan gəncləri ərizələrlə müraciət ediblər ki, orduya qoşulsunlar. Bundan danışmaq lazımdır”.  

Aytən Zəhra

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı