Modern.az

Zooparkın direktoru: “Bakıda tapılan ayı balası bizim deyil”

Zooparkın direktoru: “Bakıda tapılan ayı balası bizim deyil”

29 Aprel 2016, 14:42

Bu gün paytaxt ərazisində peyda olan ayı balası Bakı Zooparkına məxsus deyil. Bunu Modern.az saytına Bakı Zooparkının direktoru Azər Hüseynov bildirib.

O, qeyd edib ki, Zooparka məxsus bütün heyvanlar öz yerindədir:

“Həmin ayı balasının hansı şəraitdə, harada peyda olması ilə bağlı məlumatım yoxdur”.

Direktor eyni zamanda tapılan ayı balasının Bakı Zooparkına təhvil verilməsilə bağlı müraciət almadığını deyib.

Maraqlıdır, əgər ayı balası Zooparkdan qaçmayıbsa, onda kimindir?.. Bakıda  heyvan saxlamağa həvəsli olan imkanlı ailələr, məmurlar çoxdur. Ola bilsin şəhərə qaçan ayı balası hansısa şəxsi malikanədən çıxıb...

Qeyd edək ki, ayı balası Bakının Suraxanı rayonunda, “Baku Bus” avtobuslarının saxlanıldığı yerin yaxınlığında  peyda olub. Fövqəladə Hallar Nazirliyi (FHN) ayı balasını aidiyyatı üzrə təhvil veriləcəyini bildirib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı