Modern.az

"Bələdiyyələr işlərini elə qurmalıdır ki…"

"Bələdiyyələr işlərini elə qurmalıdır ki…"

Təhsil

29 Aprel 2016, 16:15


Aprelin 28-də Bakı şəhəri Binəqədi rayonunun Mədəniyyət mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Modern.az xəbər verir ki,tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Ümumi yığıncağın işində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcə, yerli büdcənin formalaşması və iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulmasıməsələləri müzakirə olunub. Qeyd edilib ki, hesabatı əhatə edən dövrdə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrinassosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm davam etdirib. 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Regionalidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri Emin Eyvazov bələdiyyələrin ölkəmizin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib: 

“Onlar cəmiyyətdə özünəməxsus nüfuz qazanıb, əhalini narahat edən sosial əhəmiyyətli məsələlərin həllini tapmağa, vətəndaşları yerli özünüidarəetmə proseslərinə cəlb etməyə çalışıb. Bu işdə Milli Assosiasiyaların böyük töhfəsi var. Son 1il ərzində Milli Assosiasiyalar tərəfindən bələdiyyələrin fəaliyyətlərinin əlaqələndirilməsi, bu sahədə ortaya çıxan problemlərin həll edilməsi, ölkəmizdə yerli özünüidarəetməningücləndirilməsi və inkişaf etdirilməsi üçün bir çox işlər görülüb. Bələdiyyələrimiz işlərinielə qurmalıdır ki, həm büdcə gəlirləri öz tələblərini ödəyə bilsin, həm də vətəndaşlar arasında nüfuzu və hörməti artsın. Bələdiyyələrimiz irəliləyişin əldə olunması üçün vergi ödəyicilərinin dəqiq uçotunu aparmalı və yerli büdcələrə daxilolmaların artmasını təmin etməlidir ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin,bələdiyyələrin fəaliyyətinin səmərəliliyi qənaətbəxş olsun“.

Tədbirdə bir sıra təşkilati məsələlərin müzakirəsi də aparılıb.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı