Rusiya xaricİ işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar.
Sergey Lavrov və Con Kerri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Modern.az