Şabran rayon sakini Namiq Balakişiyevdən soyuq silahlar aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Namiq Balakişiyevdən 1 ədəd kustar üsulla düzəldilmiş xəncər, evinə baxış zamanı isə eyni üsulla hazırlanmış arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkar edilib.
Modern.az