Modern.az

Neftlə bağlı yeni PROQNOZ - 1 barel 30 dollar olacaq

Neftlə bağlı yeni PROQNOZ - 1 barel 30 dollar olacaq

Təhsil

30 Aprel 2016, 14:59


ABŞ-ın “Bloomberg” agentliyi dünyanın tanınmış analitiklərindən neft qiymətlərinin gələcək perspektivi ilə bağlı sorğu aparıb.

Modern.az xəbər verir ki, Commerzbank, BNP Paribas və UBS Group arasında aparılan sorğu zamanı ekspertlər neft qiymətlərinin ötənildəki situasiyanı xatırlatdığını bəyan edib. Onların fikrincə, 2015-ci ilin mayında da neft bahalaşaraq 68 dollara çatsa da, sonradan kəskin ucuzlaşaraq 30 dollara düşmüşdü.

“2015-ci illə təhlükəli paral var. Neft bazarı artıq özünü tam haldan salıb, qiymətlərin korreksiyasına isə vaxt yoxdur”- deyə “Commerzbank”ın nümayəndəsi Eyqen Vaynberq deyib.

“Bloomberg”in məlumatına görə, son vaxtlar neftin bahalaşması İraq və Küveytdə neft işçilərinin tətili və Nigeriyada yaranmış qeyri-sabit vəziyyətlə bağlıdır.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı