Modern.az

Şimali Koreyada toy və dəfnlər dayandırıldı

Şimali Koreyada toy və dəfnlər dayandırıldı

2 May 2016, 10:12


Şimali Koreyanın lideri Kim Çen In mayın 6-da keçiriləcək partiyanın qurultayına qədər ölkədə toy və yas mərasimlərinə qadağa qoyub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, qurultayda Koreya Xalq Demokratik Respublikasının indiki başçısının respublikanın Böyük Rəhbəri elan ediləcəyi gözlənilir.

Qurultay ərəfəsində Pxenyanda təhlükəsizlik tədbirləri gücləndirilib. Bu səbəbdən bütün şənliklər təxirə salınıb və adamların bir kütləvi şəkildə toplaşması qadağan olunub. Bundan əlavə, məlum olduğu kimi, bu ilin aprel ayından partiyanın qurultayı başa çatanadək Pxenyana bütün giriş və çıxışlar dayandırılıb.

Mayın 6-da keçiriləcək qurultayda ölkənin hər yerindən yüzlərlənümayəndənin iştirakı planlaşdırılıb. Tədbirin 4, yaxud 5 gün davam edəcəyi ehtimal edilir.

Qeyd edək ki, Koreya Əmək Partiyasının qurultayı son 36 ildə ilk dəfə keçirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə