Modern.az

Gün.az saytının 5 yaşı tamam oldu

Gün.az saytının 5 yaşı tamam oldu

2 May 2016, 11:42


Gün.az İnformasiya Agentliyi fəaliyyətə başlamasının 5 ilini arxada qoydu.

Modern.az-ın məlumatına görə, 2011-ci ilin 2 may tarixində Azərbaycan media məkanına qədəm qoyan Gün.az geridə qalan 5 ildə özünə layiqli yer tuta bilib.

Xəbər siyasətində hər zaman obyektivliyi və milli dəyərləri üstün tutan agentlik geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Gün.az-ın peşəkar kollektivi istər dövlət qurumları, istərsə də həmkar media qurumları ilə dostluq münasibətləri qurmağı bacarıb.

Peşəkar müxbir heyətinə malik olmaqla yanaşı, həm də Azərbaycan mediasına yeni jurnaslitlər qazandıran Gün.az İnformasiya Agentliyi dəfələlər yerli və beynəlxalq mükafatlara da layiq görülüb. Həmçinin, ölkəmizi ayrı-ayrı vaxtlarda qlobal tədbirlərdə də təmsil edib.
5 illik yubileyi münasibətilə bütün Gün.az-çıları təbrik edirik! 

Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə