Modern.az

Bakı və Sumqayıtda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı və Sumqayıtda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Təhsil

2 May 2016, 15:16


“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 4-də saat 09.30-dan 14.30-dək nəqliyyatın hərəkəti müvəqqəti dayandırılacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Modern.az saytına verilən məlumata görə, Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Qurum göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edir.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı