Modern.az

Ermənistanın Müdafiə Nazirliyində yeni istefalar gözlənilir

Ermənistanın Müdafiə Nazirliyində yeni istefalar gözlənilir

Təhsil

3 May 2016, 10:59

Ermənistan Müdafiə Nazirliyini yeni istefalar gözləyir. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” qəzeti məlumat yayıb.

 “Dörd günlük müharibə”  zamanı verilən səhvlərə görə, Müdafiə Nazirliyinin hərbi sənaye idarəsinin rəisi Murad İsaxanyan vəzifəsindən kənarlaşdırılacaq.

Onun vəzifə başında olarkən inkişaf texnologiyaları ilə bağlı məsələdə səhvlərə yol verdiyi aydınlaşıb.

“Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə yanaşı, digər sahələrdə çalışan şəxslərdə də istefaya göndəriləcək. İstisna olunmur ki, “iri məmur”ların da növbəsi çatacaq.

Cəbhə xəttindəki gərginliyi nəzərə alaraq ölkə rəhbərliyi hələ ki, istefalara getməyəcək. Lakin vəziyyət stabilləşən kimi “təmizləmələr” başlayacaq”.

 

Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə