Modern.az

Cəlilabadda ƏMƏLİYYAT: 2 İran vətəndaşı həbs olundu

Cəlilabadda ƏMƏLİYYAT: 2 İran vətəndaşı həbs olundu

Təhsil

3 May 2016, 17:25


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri ilə İran vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhməd və Rəhim Fərəci, həmçinin rayon sakini Cabir Kazımov saxlanılıblar.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu zaman İran vətəndaşları silahlı müqavimət gəstərməyə cəhd etsələr də polis əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində zərərsizləşdiriliblər.  

Üzərlərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloram narkotik vasitə olan  heroin, “Kalaşnikov” markalı avtomat və ona aid 28 ədəd patron, içərisində 5 ədəd patron olan “Torun” markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.            

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə