Sızran polisinin keçmiş rəisi Andrey Qoştanı və onun daha 5 ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlılardan biri Roman Fətəliyevin ailəsi bir neçə gündür sorğu-suala tutulurlar. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, onun bacısı Elmira Fətəliyevanın sözlərinə görə, qardaşı saxlanılan zaman da onunla kobud davranıblar.
“Qardaşımın aparılmasının tək şahidi mənəm. Onu düz evimizin astanasından götürüb apardılar, mənim isə başımı aşağı itələdilər”, - Elmira bildirib.
Onun sözlərinə görə, sorğu-sual zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları çərçivədən çıxıblar: “Birinci ifadə zamanı müstəntiqlər mənə sadəcə təzyiq edirdilər. Həyatımda heç vaxt ifadə verməyə getməmişəm.Dünən isə üstümə qışqırmağa başladılar: “Mən səni Sızrana aparacağam, orada iki-sutka oturacaqsan”.
"O, sonra kiməsə zəng vurmağa başladı, deyirdi ki, indi boğacağıq. Mən qorxdum, görəsən nə etmişəm ki, məni boğurlar. Sonra dedi ki, yaxşı, hər şeydən xəbərin olduğunu etiraf et”, - Elmira vurğulayıb.
Hədələrinə cavab olaraq qız bəyan edib ki, kütləvi informasiya vasitələrində nə yazılıbsa bu qədər bilgisi var, bundan sonra hədələr dayandırılıb.
Rusiyanın Samara vilayətində Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürən şəxslərin əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev olduğu müəyyənləşib.
Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb. O, hazırda koma vəziyyətindədir. Məhkəminin hökmü ilə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib.
Modern.az