Modern.az

“Bu “DQR”-in tanınması demək deyil” -Ermənistan XİN

 “Bu “DQR”-in tanınması demək deyil” -Ermənistan XİN

4 May 2016, 00:41


“Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu İrəvanda  Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.  

“Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, - deyə nazir müavini qeyd edib.   

“Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, - deyə Köçəryan qeyd edib.

Onun sözlərinə görə,  Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə  “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək. 

Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i  tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.  

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda  “DQR”-in  tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.   

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə