Modern.az

Sabiq müstəntiqin istintaq müddəti uzadıldı

Sabiq müstəntiqin istintaq müddəti uzadıldı

4 May 2016, 10:43

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiq Rüfət Səfərov Binəqədi Rayon Məhkəməsinə çağırılıb. Buna səbəb barəsində başlanmış cinayət işinin istintaq müddətinin uzadılma ehtimalıdır.

Modern.az saytı xəbər verir ki, bu haqda R. Səfərov özü məlumat yayıb.  

R. Səfərov bildirib ki, bu gün Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov onu Binəqədi Rayon Məhkəməsinə dəvət edib:

"Az öncə Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov məni Binəqədi Rayon Məhkəməsinə dəvət etdi.

4 ay bitdi, yenidən ibtidai istintaqın müddətini uzadırlar. Mən Baş prokuror Zakir Qaralovdan soruşuram: "4 ay müddətində hansı istintaq hərəkəti etdiniz? Hansılar qaldı ki, istintaqın müddəti uzadılsın? Demək ki, bizi təzyiq altında saxlayıb, çəkindirmək istəyirsiniz? Olmayacaq!"

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib.

Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.  Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Gülşən RAUFQIZI  

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə