Cari ilin yanvar ayında Salyan rayonu ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş 2 naməlum şəxs rayon sakini Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15.000 manat pul alıblar.
Modern.az xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb.
Modern.az