Modern.az

Sabiq müstəntiq: “Üzr istəsəm YAP sıralarına qoşulacağam”

Sabiq müstəntiq: “Üzr istəsəm YAP sıralarına qoşulacağam”

Təhsil

4 May 2016, 14:23

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiq Rüfət Səfərov barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri Binəqədi rayon məhkəməsinin qərarı ilə 09.08.2016-cı il tarixədək uzadılıb.

Modern.az saytı xəbər verir ki, bu barədə R.Səfərov özü məlumat yayıb.

R.Səfərov qərardan bu və ya digər formada şikayət etməyi əlavə vaxt itkisi hesab edib:

“Eyni zamanda, bununla əlaqədar qüvvədə olan qanunvericiliyin tələblərini xatırlatmağa da ehtiyac görmürəm. Çünki əminəm ki, Azərbaycanda qanunlar deyil, qanunüstü sayılan ayrı-ayrı rəsmilərin iradəsi işləkdir. Odur ki, problemin faktiki tərəflərini qeyd etməyi zəruri bilirəm. Beləliklə, ayrı-ayrı kanallar vasitəsi ilə nəzərimə çatdırılır ki, əgər üzr istəyib, indiyədək ifadə etdiklərimin böhtan olduğunu bəyan etsəm, YAP-ın sıralarına qoşulub, “ağıllansam”, bir an öncə işə xitam veriləcək”.

Sabiq müstəntiq təklifi anlayışla qarşılamaqla bərabər, onu da bildirib ki, YAP sıralarına qoşulmağı məqbul saymır, indiyədək dürüst sanıb dediklərini bundan sonra da söyləyəcək, haqq yolundan bir addım belə geri çəkilməyi düşünmür.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib.

Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.  Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı