Modern.az

Mövlana Füzulinin Nişançı Paşaya məktubunun şərhi, yaxud Quranın endirilməsi

Mövlana Füzulinin Nişançı Paşaya məktubunun şərhi, yaxud Quranın endirilməsi

4 May 2016, 15:45

 

Modern.az Namiq Hadinin AMEA Elmi Şurasının qərarı ilə çap olunmuş (elmi rəyçi ak. Teymur Kərimli) “Quranın endirilməsi” elmi kitabının qısa məzmunu təqdim edir.

 Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,

Yerə göydən nə üçün endigini Quranın.

M.Füzuli

Bismillahir – Rəhmanir – Rəhim

İslam mədəniyyətində, xüsusilə təfəkkür sistemində söz sənətinin məqamı digər sənət növlərindən yüksəkdə dayanır. Söz ilahi məqam kəsb edir. Sevgili peyğəmbərimiz (s.ə.v) deyib ki, dünyanın bütün gözəlliyi dildədir. O, şeirin də xırda və dar mövzuların çərçivəsində məhdudlaşmasından narahat olaraq şairlik məqamını peyğəmbərlik mövqeyinə yaxınlaşdırmaq istəmişdir.

Akademik Bartoldun dediyi kimi, bütün fars klassik poeziyası təsəvvüf anlamları, sufi və dərvişlik rəmzləri ilə zənginləşib və sırf dini – əxlaqi məzmun kəsb edir.

Şeyx Nizami, Xaqani, Nəsimi, mövlana Füzuli, Seyyid Əzim Şirvani irsi də yalnız bu mövqedən indiyə qədər təhrif edilərək təqdim edilib. Bunun əsas iki səbəbini qeyd etmək istərdim. Sovetlər dövründəki ideologiya İslam dini həqiqətlərini yazmağı qadağan etmişdi. O dövrdə yaşamış və çalışmış görkəmli alimlərimiz elmləri mənimsədikləri halda, həqiqətləri açıb deyə bilmədilər. Müstəqillik dövrünün bəzi tədqiqatçı alimləri isə elmlərinin kamil olmamasından həqiqətləri görə bilmədilər. Həmçinin onların klassiklərimizin əsərlərinə yanaşma tərzi düzgün seçilməmişdi. İstinad olunacaq əsas mənbənin Qurani-Kərim olduğunu qəbul edə bilmədilər və söz ustadlarının fikirlərinin yalnız zahiri cizgilərini təqlid etməklə kifayətləndilər.

2009-cu ilin oktyabr ayında Bakıda professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbnül-Ərəbi (vəhdəti-vücud nəzəriyyəsinin banisi və məşhur olan “Məkkənin fəthləri” kitabının müəllifi) simpoziumu keçirildi.

Burada böyük sufi İbnül-Ərəbinin bədii, fəlsəfi, təsəvvüfi yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı, İbnül-Ərəbinin hərf simvolizmi ilə Azərbaycanda hürufilik təriqəti və İbnül-Ərəbinin işıq simvolizmi ilə Azərbaycan filosofu Sührəvərdinin işraqilik təlimi arasındakı əlaqələr öz əksini tap;b. Qərb alimlərinin Şərqdə əsas tədqiqat obyekti Azərbaycan ədəbiyyatı olduğu halda, biz öz mənəvi söz sərvətlərimizdən lazımınca faydalana bilməmişik.

Məhəmməd Füzulinin şikayətlənməsi kimi bizə öyrədilmiş, əslində isə daima haqqı tapdalanmış mövlana Füzulinin “Peyğəmbərimiz Muhəmməd (s.ə.v) Mustafadan hekayətnaməsi”.

 Ərəbcəsii

Əsna əla xeyril-ənami Muhəmmədin

Kəşəfəd-düca biziyai-bədri-cəmalihi.

Bisənaihi rüfiət mədaricü qədrina,

Xüssət təhiyyətüna əleyhi və alihi.

 
Tərcüməsi:

“İnsanların ən xeyirlisi olan Muhəmməd (s.ə.v.) -ə sənalar edirəm. Onun gözəllik ayının işığı ilə geçənin qaranlıq pərdəsi açıldı. Onu tərifləməklə bizim hörmət və etibar dərəcəmiz artdı. Ona və onun övladına bizim hörmət və salamımız olsun”. (əsərləri, 1.cild, səh. 8)

Məktub belə başlanır:

Mülk aləminin sahibi və hikmətlərlə dolu olan iqlimlərin, fəzaların hakimi cahan binası olan yerləri savab işlər görmək üçün onların yiyələrinə yaşayış vasitəsi edib, rəislərini ədalətli və hakimlərini mərhəmətli vəkil etdikcə və dərvişlərin (yəni heç bir dünyəvi və maddi cazibələrə bağlanmayan həqiqət aşiqlərinin) toplandığı yeri dar meydan etməklə onları zəhmətləri müqabilində haqlı edib hər birinə əqli miqdarınca qeyb xəzinəsindən daim borcu yetdikcə, yazı yazdıran ədalət divanının müşk kimi ətir saçan qələmi (yəni  qəzavü qədəri) xəzinə sahiblərinin haqqı üçün açar ola.
 

اَلَّذ۪ي لَهُ مُلْكُ السَّمٰوَاتِ وَالْاَرْضِۜ وَاللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ شَه۪يدٌۜ

“Mülk aləminin sahibi və hikmətlərlə dolu olan fəzaların hakimi O elə bir Allahdır ki, göylərin və yerin padşahlığı onundur. Allah hər bir şeyə qadirdir”.(Əl – Büruc,9)

اَلَّذ۪ي خَلَقَ الْمَوْتَ وَالْحَيٰوةَ لِيَبْلُوَكُمْ اَيُّكُمْ اَحْسَنُ عَمَلًاۜ وَهُوَ الْعَز۪يزُ الْغَفُورُۙ

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır”. (Əl – Mülk, 2).

كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَه۪ينَةٌۙ

Və “Hər kəs öz qazandığı əməlin girovudur”. (Əl – Müddəssir, 38)

Və o dövlət başlanğıcı bəndi əlamətləri daşıyıcısı açar-qələm ənbər saçan rəqəmlərində nəzər sahibi olan ariflərin əhdlə bağlandıqları bağçaları diqqətdən kənar qoymaya.

لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ ف۪ٓي اَحْسَنِ تَقْو۪يمٍۘ ﴿4﴾ثُمَّ رَدَدْنَاهُ اَسْفَلَ سَافِل۪ينَۙ ﴿5(
اِلَّا الَّذ۪ينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُونٍۜ ﴿6﴾

“Biz insanı surətlərin ən gözəlində yaratdıq”. Sonra biz qaytarırıq onları aşağıların ən aşağısına. Təkcə o kəslər istisna olmaqla ki, iman gətirdilər və saleh əməllər etdilər. Onlar üçün qurtarmayan və həmişəlik mükafatlar vardır” (Ət – Tin 4,5,6).

Şam kimi yüksək məqamın səna şərhi və pak xasiyyət üçün dua edilir:

Məlumdur ki, rəmzlər Qurandan götürülwb. Hərf elminə görə Şam, yaxud, Şəmin rəmzi açıqlaması belədir: Şəmin başı Şin – şukr, qəddi əlif – düz, ayağı isə Mim – Muhəmmədin həqiqəti, ayağı bağlı qul deməkdir. Şamda yaşamağa layiq olanlar bu cür xüsusiyyətdə olanlardır. Bunun üçün bəlkə Şam Haqqın nəzərindədir ki, farağat tacı  başındadır. (Düzünü Allah bilir!).

Xacə Nəsirəddin Tusi (Allah ona rəhmət eləsin) bu barədə özünün “Əxlaqi-Nasiri” kitabında məqsədlər haqqında belə buyurur: “Xasiyyət – ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyətdir. İnsani nəfsi təkmilləşdirməyin də bir məqsədi olmalıdır. Bu məqsəd onun xeyir və səadətidir!

Məktubda daha sonra deyilir ki, iqtidarlığımı qənaət tacı ilə, qalib etibarımı təklik xələti ilə bəzəkli qılıb və aləmlərin mal-mülk yiyəsi olan mənanı, ələ keçirdiyim iqlimlərin sürətindən ölçü bilib heç bir şeyə ehtiyac duymamaq mülkünün padişahı olmaqla hər şeyin hakimi fəqrliklə fənaya, yəni  yoxluğa yiyələnmiş ikən, əsl mahiyyətimi lazımınca təkmil edib və rəftarımın surətindən təvəkkül rəngi gedib, təkcə haqqı özümün vəkili bilib səy aləmindən bir müjdəçidən ilhama gəldim və bu ilhama qulaq asdım ki: Ey özündən xəbərsiz! Surət aləmi ilahi sifətlərin təzahür etdiyi yerdir və düşəcəyimiz aləm həzz nurlarının əhatə etdiyi nəhayətsizlikdir.

يَٓا اَيُّهَا النَّاسُ قَدْ جَٓاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَاَنْزَلْنَٓا اِلَيْكُمْ نُورًا مُب۪ينًا

“Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik”. (Ən – Nisa, 174).

Surətlər ayinəsi mülk-məlakut aləmindən ayrı olmaz və mülkə məxsus xasiyyətlərdən bəhrələnməyən, mələklər aləminin sirrlərini anlamaz.

Deməli, insan Yaradanına itaət etməklə ən yüksək zövqə–həzz nurlarına yiyələnə bilər. Surət aləmi yaranmasa məna başa düşülməz. Bu yaranışa “Kövneyn” deyilib.

Mənanın görünməsinə Kənan, onun gözəlliyinə isə Yusif söyləyibdirlər. Yusifi-Kənan ilahi sifətlərin təzahür etdiyi yer olduğu, geydiyi köynəyin də (kövneyn) ədəb köynəyi olduğu klassik qəzəl şeirinin baş mövzularındandır.

Şübhəsiz, mülk hakimlərinə yaxınlıq bəxşişlərin əmələ gəlmə səbəbidir və dövrün məliklərinə yaxın olmaq vüsala yetmək mətləbidir.

وَمِنْ رَحْمَتِه۪ جَعَلَ لَكُمُ الَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا ف۪يهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِه۪ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

“Allah-təala öz rəhim və ehsanından sizin üçün gecə və gündüzü yaratdi ki,dincələsiniz və ruzi tələb edəsiniz. Bununla da bəlkə siz (Allahın nemətinə) şükr edəsiniz” (Əl-Qəsəs,73).

Və səhih hədisdir ki, “Əssultanu zillüllahi” (Sultan Allahın kölgəsidir) və ondan ehtiyacsızlıq xətadır.

وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلٰٓئِكَةِ اِنّ۪ي جَاعِلٌ فِي الْاَرْضِ خَل۪يفَةًۜ قَالُٓوا اَتَجْعَلُ ف۪يهَا مَنْ يُفْسِدُ ف۪يهَا وَيَسْفِكُ الدِّمَٓاءَۚ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَۜ قَالَ اِنّ۪ٓي اَعْلَمُ مَا لَا تَعْلَمُونَ

 “Mən yer üzündə xəlifə yaradacağam” – dedikdə(mələklər): “Biz Sənə şükr etdiyimiz, şəninə tərifıər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” - buyurdu. (Əl-Bəqərə 30).

Bu xəbər səhihdir ki, “La rütbətə fövqə rütbətis-sultani-illa li-nəbiyyin mürsəlin ov mələkin müqərrəbin”. (Rütbələrdə mürsəl peyğəmbər və Allaha yaxın mələklərdən sonra ən yüksək rütbə Sultanındır). Və ondan dönmək rəva deyil. Xüsusən bizim padişahımız ki, səltənət rütbəsi mənada xəlifə mərtəbəsidir və hakimiyyət təxti həqiqətdə imamətin dayağıdır.

وَوَرِثَ سُلَيْمٰنُ دَاوُ۫دَ وَقَالَ يَٓا اَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَاُو۫ت۪ينَا مِنْ كُلِّ شَيْءٍۜ اِنَّ هٰذَا لَهُوَ الْفَضْلُ الْمُب۪ينُ

Süleyman dedi: – Ey yaranmışlar! Mənə quşların danışığı təlim edildi. (Yəni, quş kimi uçub gələn kəlmələr – Quran kəlmələri). Mənə hər şey verilib. Həqiqətən, bu bəxşiş Allah tərəfindən aşkar mərhəmətdir. (Ən-Nəml, 16)

QİTƏ

Qurunun, dəryanın padişahı yalnız Sultan Süleyman (ə) dır,

O ki, xalis ədalətdir, müqəddəs şəxsdir.

Ya Rəbb, əbədiyyətə qədər vilayət, yəni Sənə yaxınlıq onsuz olmasın ki,

Saf cövhəri vilayətdən, yəni “Vəli”likdən ayrı deyildir.

Sözün qısası, bu təhrik ilə uca dərgahdan bir əsl nəsəb qismət olub və böyüklərin dövlətindən köməyə yetişmək səadəti və xoşbəxt etmə şərəfi olan haqqın rəhmət  yağdıran buludu doqquz fələyə ehtiyacsızlıq ayağını vururkən savab iş üçün ayrılmış paydan doqquz ağca vəzifəyə (yəni doqquz göyə) qane olub genişlik aldım.

Qurani-Kərimdə Allahın dostu İbrahim(ə)haqqında buyurulur:

مَا كَانَ اِبْرٰه۪يمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلٰكِنْ كَانَ حَن۪يفًا مُسْلِمًاۜ وَمَا كَانَ مِنَ الْمُشْرِك۪ينَ

“İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O,ancaq hənif (batildən haqqa tapınan) müsəlman idi və şərik qoşanlardan deyildi”. (Ali-İmran,67) İbrahim sözü Əbrahim-Əbr Rahim, yəni, Rəhmət yağdıran bulud yolum deməkdir. Deməli, bu Ağıl Haqqın rəhmət yağdıran bulududur ki, həqiqətdə batil hesab edilən, lakin şəriyyətdə haqq olan 9 göyə ehtiyac duymaz. Ona yetişən Allahın dostu olar. İman və küfür haqqında həqiqət isə bundan ibarətdir ki,

وَمَا يُؤْمِنُ اَكْثَرُهُمْ بِاللّٰهِ اِلَّا وَهُمْ مُشْرِكُونَ

“Onların (insanların) əksəriyyəti Allaha şərik qoşmaqla iman gətirdilər” (Yusif,106). Yəni insanların savab qazanmaq üçün ayrılmış 9 göyə, 9 ağcaya ehtiyacları vardır ki, onların vasitəsi ilə (nişanələr ilə) Aləmlərin Pənahının dərgahını müşahidə edib, oraya yetişməyə səy etsinlər və yalnız Ona iman gətirsinlər.

Ağca – gümüş puldur ki, balığın pullarına da deyilir. Çox cüzi məbləğdir və balıq da yalnız pullarına görə dəyərlidir.


Və qiymətli hədiyyə üçün aləmlərin pənahının dərgahını müşahidə edib oraya yetişmək istəyi ilə səbr edən oldum. Səbr tükənəndə və intizarlıq əyyamı dövründə muştuluqçular məqsədin hasil olması müjdəsini yetirdilər. Mənə uğur, səadət və hökmdara məxsus bərat (İslam dininə görə Muhəmməd (s.ə.v)-ə peyğəmbərlik xəbərinin verilməsi) gətirdilər ki, maarif bəzəyi ilə bəzədilmiş.

Ətir saçan qaranlığında “vəlleyli-iza səca” (And olsun gecənin qaranlığına) (Əz-Zuha, 2.) Quran ayəsinin rəngi və ağ boyasında “vəssübih-iza təcəlla” (And olsun zülmətin arasında işıqlanmaqda olan sübhün aydınlığına) ayəsinin saflığı: (Vəl-Leyl, 2)

Səhifəsində yazısı lütf yağışı buludları, bəxşişlər və xətlərində fərdlərin ulduza bənzər işıqlı kəlmə nöqtələri. Mətləblərin əmrlərinin toplanış yeri sədəf içi kimi idi ki,  incilərlə doymuş, dolmuş nəcib əməllər dəryasını dalğalandırıb inciləri kənara  salmış. Və ahunun göbəyindəki müşk kimi saf olub izzət-ehtiramla düz yola yetişmiş Fatihə surəsi əvvəl ünvanı, ayəsi “hüvəl-həqqül-mübin” (Ən-Nur, 25) (O, aşkar Haqdır) və xatimə —axır tarixi, “əl-aqibətü lil müttəqin” (Əraf, 128) (Aqibət etiqad edənlərindir) məzmunundan məqsəd “zalikə fəzlülahi yötihi mən yaşau vəl-lahü zül-fəzlil-əzim” (O, Allahın fəzlidir. Onu istədiyinə verir və Allah böyük fəzilət sahibidir) (Hədid, 21)

Elə insanlar var ki, Qurani-Kərimi oxuyub başa çıxdıqdan sonra onun hikmətlərini anlayırlar. Elə insanlar vardır ki, Kitabı bir neçə ayə ilə də anlamağa və anlatmağa qadir olurlar. Füzuli (Allah ondan razı olsun) məhz yuxarıdakı bir neçə ayə ilə Kitabın bütün məzmununu vermişdir.

Belə ki, Fatihə sürəsinin (insanın yer ilə göy arasında, yaxud nəfsi ilə ağlı arasında səy etməsi) əvvəl ünvanı, baş ünvanı - hərflə “Şin” olduğunu, O, aşkar Haqqdır ayəsindən Kitabdakıların başdan ayağadək Haqq olduğunu, düz-“Əlif” olduğunu, Aqibət etiqad edənlərindir ayəsinin isə axır tarixi, Muhəmmədin(s.ə.v)həqiqəti-Mim olduğunu bildirir.

Bir daha yüksək məqam olan “Şam” yaxud “Şəm” Şin, Əlif və Mim hərfləri ilə göz önünə gətirilir, Müqəddəs Kitabın təsvirinin Şam-ın təsviri ilə eyni olduğu xatırladılır. Bu ayələrdən, yaxud Kitabdan məqsədin “O, Allahın fəzlidir (bəxşişi, mərhəməti, xeyir və bərəkətidir, SALAMIDIR.) Onu istədiyinə verər və ALLAH böyük fəzilət sahibidir” olduğu bildirilməklə Qurani-Kərimin də hamı üçün göndərilmədiyi göstərilir.

Bu fikir sonrakı, “Salam(onlara Allahdan salamatlıq dilədim) verdim, rüşvət(dünya malı) deyildir deyə almadılar” kəlməsi ilə bir daha təsdiq olunmuşdur.

اِنَّ اللّٰهَ وَمَلٰٓئِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّۜيَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْل۪يمًا

“Həqiqətən, Allah və onun mələkləri peyğımbər (s.ə.v) – ə səna və salavat göndərər. Ey iman gətirən kəslər! Siz də peyğəmbər (s.ə.v) – ə rəhmət göndərin və kamil salam verin”. (Əl – Əhzab, 56)

Sonunda mənası “innəhu min Süleymanə və innəhu bismillahir-rəhmanir-rəhim” (Bu bərat Süleyman (ə) dandır, o “bismillahir-rəhmanir-rəhim ilə  başlayır” Quran, Ən-Nəml surəsi 30-cu ayə).

Bu surənin 28 – ci  ayəsində deyilir:

اِذْهَبْ بِكِتَاب۪ي هٰذَا فَاَلْقِهْ اِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانْظُرْ مَاذَا يَرْجِعُونَ

Süleyman bir məktub yazıb möhürləyərək dedi: Mənim bu məktubumu aparıb Səba əhalisinin tərəfinə at! Sonra gizlənərək bax gör nə edəcəklər?

Sufi rəmzlərində möhür “lailahəillallah” (Allahdan başqa Allah yoxdur) kəlməsinin təsdiqidir.

Və 31 – ci ayədə həmin məktubun məzmununu oxuyuruq:

اَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُون۪ي مُسْلِم۪ينَ۟

– Mənə qarşı təkəbbürlük, böyüklük etməyin və mənim yanıma müsəlman olan, əmrimə tabe olan halda gəlin. (Əsil müsəlman olan halda gəlin).

Bu hekayətnamənin Nişancı Paşaya ünvanlandırıldığı bildirilir. Rəmzi məna kəsb edən bu təxəllüsün sahibi məhz Füzulidir. Yəni, yuxarı aləmdən – mülkün sahibi Sultandan, aşağı aləmin – nişan aləminin Paşasına məktub. Bu məktubun məzmunu Füzuliyə Qurani-Kərimin ayələrindən bəlli olub. Molla Füzuli Bağdadinin aşiqliyi yazdığı qəzəllərdən də Namiq Hadiyə bu cür bəlli olub.

Əsəri müasir Azərbaycan dilinə çevirən və şərh edən Namiq Hadi.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə