Modern.az

“Azərbaycan diasporu zəhmət çəkib iş görsün” - Tahir Əmiraslanovdan İTTİHAM

“Azərbaycan diasporu zəhmət çəkib iş görsün” - Tahir Əmiraslanovdan İTTİHAM

4 May 2016, 15:48

“Mən milli kulinariyamızın Moskva televiziyalarında işıqlandırılması  təşəbbüslərini Rusiya telekanllarına çatdıra bilmərəm. Çünki bu gün Ermənistan milli yeməklərinin, kulinriyasının Rusiya televziyalarında işıqlandırılması oradakı erməni diasporunun fəaliyyəti və işidir”

Bu barədə Modern.az saytına açıqlamasında Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov danışıb.

Mərkəzin baş direktoru bildirib ki, Rusiya telekanallarına milli kulinariyamızın təbliği ilə bağlı müraciət ünvanlasa da, onu qəbul etməzlər:

“ Mənim təklifimi Rusiya telekanllarından hansı qəbul edər ki? Əlbəttə ki, heç biri. Rusiyada Azərbaycan diasporu Ermənistan diasporundan böyükdür. Azərbaycan diasporu zəhmət çəkib işləri ilə məşğul olsun. Bu işə təkcə Milli Kulinariya Mərkəzinin gücü heç vaxt çatmaz

Moskvada bizim kulinariya, milli mətbəxin xüsusi jurnalı yüksək tirajla buraxılırdı. Bu jurnal Azərbaycanın mövqeyindən çıxış edirdi. Rusiyadakı diasporumuz və biznesmenlərimiz jurnala yadım edib dəstəkləmədiklərinə görə bağlandı”.

Tahir Əmiraslanov Rusiya telekanllarında ermənilərin milli mətbəximizi özlərininki kimi təbliğ etməsində ən böyük günahı Rusiyadakı diasporumuzda görür:

“Bu gün ermənilər bizim milli yeməklərimizi Rusiya telekanallarındakı mətbəx verlişlərində öz adlarına çıxmaqda davam edirlər. Bizim Azərbaycanda onlara cavab verməyimizin effekti olmaz. Burda nə qədər danışsaq da, mənasızdır. Bu mübarizəni bir neçə saat ərzində Rusiya telekanallarında aparsaq, daha güclü və təsirli olar.

Ermənilərə öz diasporları və lobbiləri telekanallara çıxış və tribuna üçün şərait yaradıb. Amma baxaq görək bizdə necədir? Bu günə qədər mənə heç bir diaspor təşkilatı deməyib ki, Rusiya telekanalından razılıq almışıq və gəlin filan verilişdə iştirak edin.

Ermənilər isə yüzlərlə jurnal və telekanalları maliyyələşdirərək, öz tribunalarına çeviriblər. Rusiyada, Ukraynada, Amerikada və digər ölkələrdə hər il erməni milli mətbəxinə aid onlara kitab nəşr olunur. Bizin xaricdəki diaspor təşkilatları axı niyə etmirlər bunu? Onlar xaricdə nə işə məşğuldurlar? Ermənilərin milli kulinariyanın təbliğinə qoyduqları maliyyə bizimkindən iki yüz dəfə artıqdır”.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə