Modern.az

Fuad Qəhrəmanlının həbs müddəti 2 ay uzadıldı

Fuad Qəhrəmanlının həbs müddəti 2 ay uzadıldı

4 May 2016, 16:04



AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 2 ay artırılıb.

Modern.az xəbər verir ki, bu barədə onun təmsil olunduğu partiyanın mətbuat xidməti məlumat yayıb.

Fuad Qəhrəmanlı 2015-ci il, dekabrın 8-də saxlanılaraq, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. 2016-cı il, fevralın 3-də isə onun barəsində seçilmiş qətimkan tədbiri 2 ay uzadılıb.

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.



Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə