Modern.az

Tovuzda üzərinə qaynar yemək tökülən azyaşlı öldü

Tovuzda üzərinə qaynar yemək tökülən azyaşlı öldü

4 May 2016, 17:31

Tovuzda yanıq xəsarəti alan azyaşlı ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, aprelin 30-da üzərinə qaynar yemək tökülən rayonun Hunanlar kənd sakini, 2013-cü il təvəllüdlü Bağırzadə Aysu Namiq qızı Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı orada keçinib.

Məlumata görə, Aysu Bağırzadə yaşadığı evdə stolun üzərinə qoyulan isti yeməyi üzərinə aşırıb və qol, qarın nahiyələrindən yanıq xəsarətləri alıb.

Bədənin 15 faizinin termiki yanığı xəsarəti alan 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.   

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə