Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qars əhalisi ilə görüşündə deyib ki, “Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidə söküləcək”. Bölgəyə gələn Ərdoğan onun partiyasından olan bələdiyyə başqanının 2 il əvvəl ucaltdığı “İnsanlıq abidəsi”nin uçurulmasını istəyib. Bu abidə türk-erməni dostluğunun şərəfinə ucaldılmışdı. Bölgə xalqının etirazlarına baxmayaraq abidəni götürən yox idi. Baxmayaraq ki, bu barədə məhkəmə qərarı da var.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İnsanlıq abidəsinin” heykəltaraşı Mehmet Aksoy baş nazirin fikrinə münasibət bildirib.
“Baş nazir bəyənməyib deyə “yıxın, dağıdın” söyləyə bilməz. Biz sivil bir ölkədə yaşayırıq. Bəs demokratiya, hüquq haradadır?”.
2008- ci ildə hazır olması planlaşdırılan, amma inşası dayandırılan “İnsanlıq adibəsi”nin sökülərək yerində park salınacağı bildirilir.
Abidənin heykəltaraşı Mehmet Aksoy isə “bu mənə söyüş kimidir” deyib.
Memar baş naziri məhkəməyə vermək niyətində olduğunu da bildirib. Onun sözlərinə görə, Ərdoğanı məhkəməyə verməkdə niyyəti ona dərs vermək deyil, heykəlin hazırlıanma işini tamamlamağa çalışmasıdır.”