Azərbaycan Texniki Universitetində (AzTU) Bərpa olunan enerji mənbələri ixtisası üzrə magistr təhsili alan Cahid Mikayılov Çin Xalq Respublikasının Ticarət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İnkişafda olan ölkələr üçün enerji siyasəti və dəyişiklik" adlı seminarda iştirak edib.
Səfərdən qayıtdıqdan sonra o, seminarda əldə etdiyi bilikləri öz yoldaşları ilə bölüşüb.
Çinin Makroiqtisadi Tədqiqat Akademiyasında təşkil olunan beynəlxalq seminara Azərbaycanla yanaşı Pakistan, Qırğızıstan, Livan, İraq, Banqladeş, Zambiya, Malavi, Ruanda, Qana və Misir kimi 11 ölkədən 30-a yaxın nümayəndə qatılıb.Öz növbəsində Cahid Mikayılov da təlim iştirakçılarını Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri, onlardan istifadə perspektivləri, bu sahədə görülən işlərlə tanış edib.
Təlim kursunun sonunda magistr tələbəmizə Çin Xalq Respublikasının Ticarət Nazirliyi, Makroiqtisadi Tədqiqat Akademiyası və Milli İnkişaf və İslahat Komissiyası tərəfindən sertifikat təqdim edilib.
Modern.az