Modern.az

“Qarabağa dair yol xəritəsi məlumdur”

“Qarabağa dair yol xəritəsi məlumdur”

4 May 2016, 22:17

 

“Rusiya xarici işlər naziri Serqey Lavrovun Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanınması baradə qanun layihəsinin müzakirəyə çıxarılmasından təşvişə düşmək üçün əsasın olmadığı haqqında açıqlamasını bölüşür və təqdir edirik”.  Modern.az saytı xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi danışıqlarda irəliləyiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnəcək substantiv danışıqlara və bu əsasda nəticəyönümlü görüşlərə hazır olduğunu həmişə bildirib: “Qoşunların təmas xətti boyunca atəşkəsin pozulmasından əziyyət çəkən bu əraziyə yaxın məskunlaşmış mülki Azərbaycan əhalisidir. Ermənistanın Azərbaycan əhalisinə qarşı apardığı etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdə təmas xəttinin Ermənistanın nəzarətində olan hissəsində mülki əhali yoxdur. Atəşkəsin pozuntusunun qarşısının alınması və ya insidentlərin araşdırılması mexanizminin yaradılması Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır”.  

H.Hacıyev bildirib ki, münaqişənin həllinə dair yol xəritəsi məlumdur: “Ermənistan özü də bunu çox yaxşı bilir ki, münaqişənin həlli prosesi çərçivəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.   

ATƏT-in MQ-nin həmsədrlərinin Ermənistan rəhbərliyini sülhə və konstruktiv əsasda danışıqlar prosesinə gətirməsinə ehtiyac vardır”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə