Modern.az

” Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma”

” Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma”

4 May 2016, 23:20


Xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Praqada keçirilən görüşündə iştirak edib. Modern.az saytı xəbər verir ki, nazir  Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında çıxış edib.

Çıxışı ərzində E.Məmmədyarov Şərq tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər haqqında söhbət açıb, Vişeqrad Qrupu ilə əməkdaşlıq məsələlərinin əhəmiyyətinə toxunub.

Aİ üzv ölkələri arasında strateji tərəfdaşların sayının artmasının Azərbaycanı eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırdığı qeyd olunub. Azərbaycanın Riqa Şərq Tərəfdaşlığı sammitində Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini təqdim etdiyi, bu sazişin ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağı və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacağı vurğulanıb.

E. Məmmədyarov tədbir çərçivəsində Çexiya, Macarıstan, Gürcüstan, Moldova, Belarus xarici işlər nazirləri, habelə İsveçin dövlət naziri və Niderland Krallığının xarici işlər nazirinin müavini ilə ikitərəfli görüşlər keçirib.

E.Məmmədyarovun keçirdiyi görüşlər ərzində Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, Azərbaycan-Avropa İttifaqı arasındakı əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib. Çexiya və Macarıstan xarici siyasət orqanlarının rəhbərləri Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini dəstəklədiklərini və ölkəmizi Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı platforması çərçivəsində dəstəkləməyə hazır olduqlarını qeyd ediblər.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə