Modern.az

İlk dəfə çempion olan futbolçulara “Mercedes” veriləcək

İlk dəfə çempion olan futbolçulara “Mercedes” veriləcək

5 May 2016, 12:11



İngiltərə Premyer liqasında ilk dəfə çempion olan “Lester” klubunun oyunçuları əlavə mükafat alacaqlar. Modern.az xarici KİV-ə istinadən bildirir ki, klubun sahibi Viçay Srivadhanapabha 30 futbolçunun hər birinə dəyəri 32 670  funt olan “Mercedes” B-Class Electric Drive hədiyyə edəcək.

Bundan əlavə, Tailnaddan olan milyarder futbolçulara Las-Veqasa səyahət təşkil edəcək. Bundan əvvəl məlum olub ki, Premyer liqanın rəhbərliyi komandaya 6,5 milyon funt mükafat verəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə