Modern.az

“Təkrar seçkidə qələbə qazanacağıma inanıram”

“Təkrar seçkidə qələbə qazanacağıma inanıram”

5 May 2016, 12:22


90 saylı Ağdaş dairəsində təkrar seçkilərdə iştirak üçün 6 nəfər  deputatlığa namizədliyini irəli sürüb.

Onlardan biri də eks-deputat, Ümid Partiyasının sədri İqbal Ağazadədir. İ.Ağazadə Modern.az-a açıqlamasında seçkilərdə qələbə qazanacağına inandığını bildirib.

“Bizim partiyanın bütün rayon strukturları var, kifayət qədər seçki təcrübəsinə sahibik. İndiyə qədərki seçkilərlə işləmə mexanizmlərimiz var ona görə də heç bir problemimiz yoxdur. Təbii ki, seçkiyə qatılan hər bir namizəd qalib gələcəyini düşünür. Bizim seçkilərdə necə təmas qurub, hansı vasitələrdən istifadə etdiyimizi hamı bilir”.

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı il iyunun 18-də keçiriləcək.

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə