Modern.az

Azərbaycanlı deputat Mərmərə Universitetinin rektoru ilə görüşdü

Azərbaycanlı deputat Mərmərə Universitetinin rektoru ilə görüşdü

Təhsil

5 May 2016, 19:00


Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev dünın Türkiyənin ən böyük dövlət ali təhsil müəssisələrindən olan Mərmərə Universitetinin rektoru, Prof.Dr. Emin Aratla görüşüb.

Bu barədə məlumatı universitetin çmətbuatla əlaqələndiricisi Merve Günerli verib.

O, qeyd edib ki, görüşdən öncəki gün azərbaycanlı deputat Cavanşır Feyziyevin universitetdə təqdim olunan “Türk devletleri birliği: Küresel enteqrasyonun Avrasiya modeli” kitabı Türkiyədə böyük maraqla qarşılanıb.

Deputatla rektor kitabın hədəfi olan məsələləri müzakirə ediblər.

Cavanşır Feyziyev öncə universitetdə bu kitabın təqdimatına şərait yaratdığına görə rektora təşəkkür edib.

“Biz 50-100 il sonra dünya çapında türk toplumunun yerini daha yüksəkdə, daha güclü görmək istəyirik. Ona görə də hesab edirik ki, Türkdilli Ölkələrin Birliyi çox vacibdir. Bunu həm də indiki dünyanın şərtləri labüd edir. Biz gələcəkdə türk toplumunu dünya səviyyəsində, beynəlxalq səviyyəsində özümüz təmsil etməliyik. Əks halda, ciddi problemlərlə üzləşəcəyik.

Məhz ərsəyə gətirdiyim kitab bu kimi məsələlərin çözüm yollarını göstərir. Doğrudur, bu, əziyyətsiz, ağrısız başa gəlməyəcək. Ancaq bütün dünya bilməlidir ki, hədəflədiyimiz qurum kimsəyə qarşı olmayacaq. Ona görə də ayrı-ayrı dövlətlərin, beynəlxalq qurumların bu məsələdən əndişə keçirməsinə gərək yoxdur”. 

Rektor deputatın qabartdığı məsələnin millət davası olduğunu önə çəkərək, hər zaman dəstək oalcaqlarını vurğulayıb.

“Təbii ki, sizin dediyiniz kimi, bu iş asan başa gəlməyəcək. Amma bir şeyi könüldən istədinsə, ona nail olacaqsan”.

Müzakirələr zamanı Türkiyə və Azərbaycanda təhsil, tələbə mübaduləsi kimi məsələlərə də toxunulub.

Sonra Prof.Dr. Emin Arat azərbaycanlı deputata universitetlə bağlı hədiyyə bağışlayıb.

Cavanşir Feyziyev isə rektora üzərində Canaqqala savaşını əks etdirən suvenir hədiyyə edib.

Qeyd edək ki, Mərmərə Universiteti Türkiyənin ən tarixli və böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetin 4 minə yaxın müəllimi, 78 mindən artıq tələbəsi var. 



Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə