Modern.az

Rusiyada cinayət törədən şəxslər Azərbaycanda yaxalandı

Rusiyada cinayət törədən şəxslər Azərbaycanda yaxalandı

5 May 2016, 15:42

Rusiyanın cinayət törətməkdə təqsirləndirilən iki vətəndaşı Azərbaycanda saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd olunub. Həmin şəxslər Nicat Məmmədov və Səfər Hüseynovdur.

Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nicat Məmmədov saxlanılıb.

Həmçinin, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Səfər Hüseynov saxlanılıb.

Gülşən RAUFQIZI 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə