Modern.az

Nazirlik açıqlama yayıb: basqınçı hərbçilər yaxalanıblar...

Nazirlik açıqlama yayıb: basqınçı hərbçilər yaxalanıblar...

10 Yanvar 2011, 16:31

Yanvarın 10-da Ağstafa rayonunda hərbçilər yanacaqdoldurma məntəqəsinə silahlı basqın ediblər, bir nəfəri qətlə yetiriblər. Hadisə gecə saatlarında Ağstafa rayonunun Qırlı kəndi ərazisində Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində olub. Basqınçı hərbçilər orada operator işləyən Məmməd Məmmədova avtomat silahdan atəş açaraq onu qətlə yetiriblər. 
Azərbaycan  Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yanvarın 10-da gecə saat 03:00 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə N saylı hərbi hissənin kiçik çavuşu Əsgərov Sahib Əsgər oğlu, əsgərlər Mehdiyev Sənan Rza oğlu və Ağayev Ulduz Əbilağa oğlu tərəfindən silahlı hücum edilib.
Baş vermiş hadisə ilə əlaqədar Müdafiə Nazirliyi dərhal araşdırmaya başlayıb və təqsirkarlar müəyyən edilərək həbs olunub.
Hərbçilər ilkin dindirmə zamanı hadisəni tamah məqsədilə törətdiklərini etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə