Modern.az

Bakıda mənzildən iki meyit tapıldı

Bakıda mənzildən iki meyit tapıldı

5 May 2016, 16:23

Bakının Yasamal və Sabunçu rayonlarındakı mənzillərdə ölüm faktı qeydi alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Bakı şəhəri, Yasamal rayonunda 1972-ci il təvəllüdlü Qafarova Məsmə Vaqif qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan digər müraciət Bakı şəhəri, Sabunçu rayonunda Adıyev Maqsid Savo oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub..

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə